İsmayıllıda bədbəxt hadisə qeydə alınıb. İki uşaq atası Girdiman çayında bataraq ölüb.
Hadisə ötən gün axşam saatlarında rayonun Mulux kəndi ərazisində qeydə alınıb. Son günlər yağan güclü yağışlardan sonra dağdan Girdiman çayına tökülən torpaq suyun istiqamətini dəyişdiyindən, Mulux kəndinə gedən yol daralıb və ərazidə göl və bataqlıq əmələ gəlməsi bu yolda hərəkəti çətinləşdirib. İsmayıllı şəhər sakini, 42 yaşlı Kamal Rəhman oğlu Kərimov həmin yolla Mulux kəndindəki atası evinə gedərkən ayağı çaya düşüb. Köməksiz vəziyyətdə qalan Kamal Kərimov boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə meyit çay kənarındakı bataqlıqdan çıxarılaraq Rayon Mərkəzi Xəstəxanasına aparılıb və ekspert reyindən sonra ailəsinə təhvil verilib. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Vüsalə Camal
- Baxış: 487