• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 940
— 16.10.2014 17:59

Cəfərli sakini düşmənin qurduğu minaya düşüb

Qazaxın düşmənlə sərhəd olan Cəfərli kəndində tez-tez atəş səsləri eşidilir. Bu dəfə isə güclü partlayış səsi gəlib.  Məlum olub ki, kənd sakini düşmənin qurduğu minaya düşüb.

37 yaşlı Məmməd Qarasaqqalov mal-qara otaran atası Rəfi Qarasaqqalova çörək apararkən havanın dumanlı olması onu azdırıb. Bu zaman neytral ərazidə piyada əlehinə minaya düşən kənd sakini bir ayağını itirib. Dərhal hərbçilərin və kənd sakinlərin köməyi ilə Qazax Diqanostika mərkəzinə aparılan Məmməd Qarasaqqalovun həyatını xilas etmək mümkün olub. Sol ayağı amputasiya olunan zərərçəkənin vəziyyətini həkimlər kafi qiymətləndirir.

2 oğul atası olan Məmməd Qarasaqqalov Cəfərli kəndində mal-qara saxlamaqla məşğuldur və hadisə o, atla gedərkən hadisə baş verib. Bu zaman kənd sakinin atı tələf olub.

 

Rahim İbrahimoğlu