• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2985
— 16.10.2014 17:54

Cəlilabad rayonunda bir nəfərin ölümü ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib

Hadisə Ələt-Astara magistral yolunun 129-cu kilometrliyində, Cəlilabad rayonu ərazisində qeydə alınıb. Belə ki, rayonun Təzəkənd kənd sakini Xəzail Şəmmədov sükanı arxasında olduğu" QAZ 31029" markalı minik avtomobili ilə Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn "Mitsubishi" markalı avtomobillə toqquşub. Hər iki avtomobil deformasiyaya uğrayaraq yararsız hala düşüb. Nəticədə Qaz-31-in sürücüsü hadisə yerindəcə keçinib, "Mitsubishi"nin sürücüsü isə yaralı halda Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir. Qəzada kimin haqlı, kimin haqsız olduğu aparılan araşdırmalardan sonra məlum olacaq. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.