• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1744
— 19.05.2016 01:57

Goranboy sakini evinin damından yıxılıb

Hadisə rayonun Dəliməmmədli şəhərində baş verib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, 33 yaşlı Elmir Bağırov xəstəxananın cərrahiyyə şöbəsinə gətirilib. Həkimlərin müayinəsi zamanı onun döş qəfəsinin kəsilmiş, deşilmiş yarası aşkarlanıb. Yaralı dərhal əməliyyat olunub, vəziyyəti orta-ağırdır. Yaxınlarının deməsinə görə, o, yıxılıb. Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu