• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1236
— 16.10.2014 16:58

Bakıda geyim mağazasından oğurluq edilib

Paytaxtın Yasamal rayon ərazisində geyim mağazasından oğurluq edilib. Hadisənin necə baş verdiyi mağazada quraşdırılan nəzarət kamerası qeydə alıb.

Hadisə Yasamal rayonu Şərifzadə küçəsində metronun İnşaatçılar stansiyasının yaxınlığında yerləşən Namiq Bağırzadəyə məxsus kişi geyimləri mağazasında baş verib. Naməlum şəxs mağazaya daxil olaraq oradan oğurluq edib. O, cinayəti gizli yolla törətdiyini düşünsə də, mağazada quraşdırılan nəzarət kamerası onun içəriyə necə daxil olaraq oradan oğurluq etməsini qeydə alıb. 25-30 yaşlı gənc oğlan satıcının içəridə olmadığını düşünüb və mağazaya daxil olub. O, içəridə bir qədər gəzib və satıcının orada olmadığını tam dəqiqləşdirib. Sonra isə piştaxtadan asılmış gödəkçəni götürərərək oradan uzaqlaşıb. Mağazanın sahibi bu barədə artıq polisə məlumat verib. 28-ci polis bölməsinin əməkdaşları kamera görüntüsünə düşən oğrunun axtarışına başlayıb.