• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 940
— 16.10.2014 16:51

Binəqədi rayonunda içkili sürücü qəza törədərək qaçıb

Hadisə paytaxtın Xutor qəsəbəsi, Eldar Babayev küçəsində qeydə alınıb

 Vüqar Süleymanov idarə etdiyi "Mercedes"lə hərəkətdə olarkən qəsəbədəki ara yoldan əsas yola çıxmaq istəyən sürücü Rəşad Ağayevin sükanı arxasında olduğu "MAZ" markalı zibil daşıyan yük maşını ilə toqquşub.
 
Baş verən qəzada xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəyib. Qəzadan sonra hər iki sürücü baş verən hadisəyə görə bir-birilərini günahkar biliblər. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları gələnə kimi qəzaya səbəb olan Vüqar Süleymanov hadisə yerindən qaçıb.
 
Faktla bağlı Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsində araşdırma aparılır.