• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2974
— 16.10.2014 16:51

Lənkəranda, sürücü və bir sərnişinin olduğu minik avtomobilində yanğın hadisəsi baş verib

Hadisə nəticəsində avtomobil yanaraq külə dönüb.Hadisə ötən gecə saat 22:30 radələrindən Ələt-Astara magistralının 207-ci km-də, Lənkəranın, Gərmətük kəndi ərazisində qeydə alınıb. Yanğın, rayonun Şıxakəran kənd sakini, 26 yaşlı Elməddin Əliyevin idarə etdiyi "VAZ 21014” markalı dövlət nömrə nişanlı avtomobildə baş verib. Belə ki, sürücü və bir sərnişinin olduğu avtomobil hərəkətdə olarkən qəfildən alışmağa başlayıb. Baş verən yanğının getdikcə genişləndiyini görən sürücü və sərnişin maşını yolun sağ hissəsinə çəkərək, avtomobili tərk etməyə müvəffəq olublar. Hadisə nəticəsində xəsarət alan olmasa da avtomobil yanaraq yararsız vəziyyətə düşüb. Hadisə yerinə dərhal FHN-nin Lənkəran Yanğından Mühafizə Hissəsinin iki yanğın söndürən avtomobili cəlb edilib. Onların səyləri nəticəsində yanğın söndürülərək, baş verə biləcək partlayışın qarşısı alınıb. Həmçinin yanğın baş verən əraziyə Lənkəran rayon DYP-i idarəsinin əməkdaşları gələrək araşdırmalara başlayıblar. Avtomobilin hansı səbəbdən yanması aparılan araşdırmalardan sonra məlum olacaq.