• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 935
— 16.10.2014 16:49

Balakəndə piyadanı maşın vurub

82 yaşlı kişi idarə etdiyi minik maşını ilə yolu keçmək istəyən 55 yaşlı qadın piyadanı vurub.

Hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 150-ci kilometrliyində, Balakən şəhəri ərazisindən keçən hissəsində baş verib.  Balakən rayonu Kortala kənd sakini Məhəmməd Eminov idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, Balakən rayonu Katex kənd sakini Elmihəyat Baydarovanı vurub. Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 55 yaşlı qadın  Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.