• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1410
— 16.10.2014 16:48

Oğuzda ölümlə nəticələnən yol qəzası baş verib

Hadisə rayon mərkəzindən Bayan kəndinə gedən yolda qeydə alınıb. Rayonun Dəymədağlı kənd sakini, Arzu Hüseynov idarə etdiyi “Changan” markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə yoldan çıxan maşın yolun kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində Arzu Hüseynov aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Faktla bağlı Oğuz rayon Polis Şöbəsində cinayət işi başlayıb, araşdırma aparılır.