Bu günə xəbərlərin oxunma sayı: 1753
— 16.10.2014 15:40

Gəncədə Kənd Təsərrüfatı İstehsalatında Elmi Texniki Tərəqqinin Aktual Problemləri mövzusunda elmi- praktiki konfrans keçirilib

Azərbaycan Elmi-Tədqiqat "Aqromexanika" İnstitutunda Respublikamızın Dövlət Müstəqilliyinə həsr olunan "Kənd Təsərrüfatı İstehsalatında Elmi Texniki Tərəqqinin Aktual Problemləri"  mövzusunda elmi- praktiki konfrans keçirilib. Tədbirdə ölkənin ərzaq təhlükəsiziliyi, eləcə də aqrar sahənin inkişafı müzakirə olunub.

Elmi- praktiki konfransda çıxış edənlər kənd təsərrüfatı istehsalatının maddi-texniki bazasının möhkəmləndirilməsi, innovasiya texnologiyalarının tətbiqi, texnika və avadanlıqlardan həmçinin yanacaq və enerji resurslarında səmərəli istifadə haqqında mövzulara toxunublar. Azərbaycan Elmi-Tədqiqat "Aqromexanika" İnstitutunun direktoru Kamil Fətəliyev bildirib ki, hazırda institutda kəndli fermer təsərrüfatları üçün kiçik qabarit ölçülü, az enerji tutumlu, istismar və idarə olunması təhlükəsiz olan kənd təsərrüfatı üçün vacib olan qurğuların hazırlanması prosesi həyata keçirilir.

Kamil Fətəliyev - Azərbaycan Elmi-Tədqiqat "Aqromexanika" İnstitutunun direktoru: “Bu maşınlar tərəfimizdən sınaqdan keçirilir. Sınaqdan keçdiyi təqdirdə onların kütləvi istehsalını planlaşdırırıq. İstehsaldan sonra isə fermerlərə paylanması nəzərdə tutulub”.

Konfransın rəsmi hissəsindən sonra mütəxəssislər institut əməkdaşlarının hazırladıqları son qurğulara baxış keçiriblər. 8 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı üçün vacib olan ixtiralar qarğıdalı, buğda, ot  və su məhsullarının emalı üçün nəzərdə tutulub. Qeyd edək ki, ötən il layihələşdirilərək hazırlanan 7 ədəd müxtəlif təyinatlı qurğular Kənd Təsərrüfatı Nazirliyinin təqdimatı əsasında sınaqdan keçirilərək təsərrüfatlarda istifadə olunması üçün məsləhət görülüb.

Xaliq Qurbanlı