• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1658
— 16.05.2016 10:06

Müəllimdən şagirdə ötürülən gözəllik...

Özfəaliyyət dərnəyinə başçılıq edən Seryoja müəllimin yanına həm balacalar, həm də yuxarı sinif şagirdləri öz qabiliyyətlərini təkmilləşdirmək üçün gəlirlər. Əvvəllər riyaziyyat müəlimi olan Seryoja qeyd edir ki,  biser hörməni inteqral və digər hesablamadan daha çox sevir. İlk baxışda riyaziyyatdan daha asan görünən bu işi başa çatdırmaq isə olduqca qəlizdir. Bu çətinliyə səbəb isə hazırlanan biserlərin sayının çox olmasıdır. Ona görə də işi uğurla sonlandırmaq, rəngarəng və maraqlı əl işləri ərsəyə gətirmək üçün, məntiq, fantaziya, eyni zamanda səbrlə çalışmaq lazımdır.  Bu sənətə yiyələnmək istəyənlər arasında  9-cu sinif şagirdi Valya İvanova da var. Lakin o, bu sənəti mənimsəsə belə, ona çox vaxt sərf edə bilmədiyini vurğulayır.

Valya İvanova– məktəbli: “9-cu sinif keçid imtahanlarına hazırlaşdığım üçün, bu işə çox vaxt ayıra bilmirəm”.

Bu işlə təsadüfən məşğul olan Seryoja qabiliyyətini sonralar daha da təkmilləşdirmək qərarına gəlib. Bundan başqa, o, internetdən kağızın fərdi şəkildə hazırlanması ilə də qarşılaşaraq, bu sahədə də özünü sınamaq fikrinə düşüb, qədim kağız texnologiyasında bəzi elementləri dəyişərək maraqlı əl işi ərsəyə gətirib.

Seryoja- müəllim: “Bu işin qeyri-adiliyi mənim çox xoşuma gəldi. İndi mən qədim növ kağız hazırlamaq üçün təkcə qamışdan deyil, düyü samanından da istifadə etmək istəyirəm”.

Seryoja çalışdığı sahədə və ərsəyə gətirdiyi heyrətamiz əl işləri ilə bir çox nailiyyətlərə imza atıb və mükafatlar əldə edib.

Qeyd edək ki, hazırlanan bu qədim kağız növü haqqında təkcə Həştərxanda deyil, həmçinin İtaliyada da məlumatlı olanlar var. Məlumat üçün bildirək ki, Roma sənətəsevərləri onun bu işini yüksək qiymətləndirir və təcrübələrini bir çox yerlərdə paylaşırlar.

Eşqin Zahid