• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2576
— 16.10.2014 15:37

ADAU-nun bir qrup müəllim və professorlarının iştirakı ilə 18 oktyabr müstəqillik gününə həsr olunan tədbir keçirilib

Gəncənin 12 nömrəli tam orta məktəbində ADAU-nun Azərbaycan tarixi, fəlsəfə və hüquq kafedrasının “Yeni nəsil” adlı tələbə elmi dərnəyinin bir qrup müəllim və professorlarının iştirakı ilə 18 oktyabr müstəqillik gününə həsr olunan tədbir keçirilib. Tədbirdə  çıxış edənlər Azərbaycanın Şərqdə ilk müstəqil dövlət olmasından, müstəqilliyimizin keçdiyi yoldan və bu günkü   tarixindən geniş bəhs ediblər. Qeyd olunub ki, Azərbaycanın 2-ci dəfə öz müstəqilliyinə qovuşmasında  ümummilli lider H.Əliyevin danılmaz və əvəzsiz xidmətləri olub. Min bir əziyyətlə əldə olunan müstəqilliyi qorumağın və onu gələcək nəsillərə ötürməyin gənclərin ən şərəfli və müqəddəs borcu olduğu vurğulanıb.