Bu günə xəbərlərin oxunma sayı: 1099
— 15.05.2016 15:58

Gəncəli samboçu ermənini məğlub edərək Avropa çempionu oldu

Azərbaycan samboçusu Amil Qasımov Avropa çempionu olub. Qasımov bu titula karyerasında ikinci dəfə layiq görülüb. Gəncə sambo məktəbinin yetirməsi növbəti nailiyyətinə Rusiyanın Kazan şəhərində keçirilən idman və döyüş sambosu üzrə Avropa çempionatında imza atıb. 74 kq çəki dərəcəsində finala qədər irəliləyən təmsilçimizin həlledici mərhələdə rəqibi erməni əsilli Ukrayna samboçusu Artur Sarkisyan olub. Bu görüşdə də 30 yaşlı idmançı 9:0 hesabıyla vaxtından əvvəl təmiz qələbə qazanaraq qitənin ən güclüsü adına yiyələnib. Əməkdar məşqçi Əli Hacıyevin yetirməsi olan Amil Qasımov 2014-cü ildə həm Avropa, həm də dünya çempionu adına sahib çıxıb.

Orxan Cəfərzadə