Bu günə xəbərlərin oxunma sayı: 1756
— 16.10.2014 12:17

TQDK-nın regionlarda keçirdiyi seminar-müşavirə öz işinə başlayıb

Respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında istifadə edilən testlərin ilkin müzakirəsi məqsədilə TQDK-nın regionlarda keçirdiyi seminar-müşavirə öz işinə başlayıb. Müşavirədə fənn müəllimləri cari ilin qəbul imtahanları üçün yeni test modelinin hazırlanması və müzakirəsi, yeni tipli test tapşırıqlarının tərtibi texnologiyasına cəlb edilir.  Dövlət Komissiyasının Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Ağcabədi və Şirvan regional bölmələrində video-bağlantı şəklində keçirilən seminarda iştirak etmək üçün TQDK-nın Gəncə Regional Bölməsində sentyabrın 1-dən indiyədək 50 nəfər  müəllim qeydiyyatdan keçib.

Sakifə Babayeva -Gəncə şəhər 29 saylı tam orta məktəbinin biologiya müəllimi: “Bu günki seminarda ilk dəfə deyil ki, iştirak edirəm. Burada müəllimlər bir-biri ilə tanış olur, fikir mübadiləsi aparırlar. Bundan başqa, region üzrə olan müəllimlərlə də fikir mübadiləsi gedir. Müşavirənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, dərsliklərdə olan çatışmazlıqlar, kurrikulumla, testlərlə bağlı ətraflı məlumat verilir”.