Bu günə xəbərlərin oxunma sayı: 1754
— 14.05.2016 10:10

“Qazel-NEXT” turbomotorla təchiz olundu

2013-cü ildən istehsal edilən “Qazel-NEXT” yük avtomobilini “EvoTech Turbo CNG” adlı bioyanacaq motorla təchiz ediblər. Kommersiya xarakterli maşının yeni mühərriki o qədər də güclü olmasa da əsas özəlliyi benzinlə yanaşı təbii qazla, yəni metanla da işləyə bilməsindədir. Bakıda keçirilən “TransKaspian-2016” sərgisində təqdim olunan Qazelin 700 km-lik təbii bioyanacaq ehtiyatı var. 2,7 litrlik “EvoTech CNG” turbokompressor və interkulerlə təchiz olunub. Yeni motorun 120 at gücü olduğu halda, əvvəlki dizel mühərrikli Qazelin gücü 150-ə bərabər idi. Avtomobil ümumi həcmi 41,6 kub metr olan 4 ədəd qaz balonları ilə təmin edilib. İstehsalçılar onu da qeyd edirlər ki, benzindən qaza keçəndə güc itirilmir. “EvoTech Turbo CNG” motorlu Qazel-NEXT-in nə zaman istehsala buraxılacağı isə bilinmir.

Cavanşir Məmmədzadə