• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2566
— 16.10.2014 10:31

UEFA AVRO-2016-nın seçmə mərhələsində keçirilən Serbiya - Albaniya oyunu ilə bağlı araşdırmaya başlayıb

Belqrad şəhərində baş verən qalmaqala ali futbol qurumunun İntizam Komitəsi və etik instansiyası oktyabrın 23-də baxacaq. UEFA hər iki ölkənin futbol federasiyasına qarşı intizam işi açıb. Xatırladaq ki, sözügedən matçın 42-ci dəqiqəsində pilotsuz helikopterlə 2008-ci ildə Serbiyadan ayrılan Kosovanın da əhatə olunduğu xəritənin yer aldığı “Böyük Albaniya” bayrağı meydançaya endirilib. Ev sahiblərinin müdafiəçisi Stefan Mitroviç parçanı çəkmək istəyən zaman isə iki komandanın futbolçuları arasında gərginlik yaşanıb. Daha sonra yerli azarkeşlər meydana daxil olub. Bu səbəbdən qarşılaşmanın baş hakimi oyunu yarımçıq dayandırıb.