• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3776
— 16.10.2014 10:27

Futbol üzrə 2015-ci il Afrika millətlər kuboku "Ebolo" virusunun yayılması səbəbindən təxirə salına bilər

Məsələ ilə bağlı artıq Afrika Futbol Federasiyasına müraciət edilib.

Turnirə ev sahibliyi edəcək Mərakeşin Gənclər və İdman naziri Muhammed Uzin "Ebolo" virusunun qarşısının alınmayacağı təqdirdə turnirin təxirə salınması ilə bağlı israrlı olacaqlarını bildirib. Mərakeşli rəsmilər yanvarın 17-dən fevralın 8-dək davam edəcək yarışın başqa tarixə keçirilməsi məqsədi ilə Afrika Futbol Federasiyasına müracit edib. Futbol qurumu ev sahiblərinə qərarını noyabr ayının 2-si baş tutacaq iclasdan sonra açıqlayacaq. Bildirək ki, Afrika qitəsində indiyə qədər "ebolo" virusu səbəbindən 4 mindən artıq vətəndaş dünyasını dəyişib.