• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 924
— 16.10.2014 10:26

Güləşçi Şamil Ərdoğanın orqanizmindən istifadəsi qadağan olunmuş maddə aşkarlanıb

Özbəkistanın paytaxtı Daşkənddə təşkil edilən dünya çempionatında 97 kq çəki dərəcəsində bürünc medal qazanan Türkiyənin sərbəst güləş üzrə milli komandasının üzvü Şamil Ərdoğanın orqanizmindən istifadəsi qadağan olunmuş maddə aşkarlanıb.

25 yaşlı idmançının qanında Qazaxıstanın Almatı şəhərindəki antidopinq laboratoriyasında aparılan analiz nəticəsində “stanozolol anabolik steroidi” maddəsi çıxıb.

Bununla razılaşmayan Şamil növbəti dəfə analizin verilməsini istəyib. Əgər Ərdoğanın orqanizmindən istifadəsi qadağan olunmuş maddə yenidən aşkarlansa, onda Ümumdünya Güləş Birliyi idmançının Daşkənddə qazandığı bürünc medalı əlindən alacaq. Bundan başqa, Türkiyə sərbəst güləş millisi 41 xalla ümumi komanda hesabında əldə etdiyi 3-cü yeri  itirmiş olacaq.

Ərdoğanın qazandığı 8 xalın silinməsi isə Azərbaycan yığmasının 1 pillə yüksəlməsi ilə nəticələcək. Çünki aktivində 36 xal olan millimiz hazırda 4-cü sırada qərarlaşır.

Bu haqda məlumat verən Türkiyə Güləş Federasiyasının prezidenti Hamza Yerlikaya Ərdoğanın dopinq testindən müsbət çıxdığını bildirib. Onun sözlərinə görə, hələ dəqiqləşməmiş bir vəziyyət yoxdur. Yerlikaya iddia edir ki, Şamilin orqanizmindən istifadəsi qadağan olunmuş maddənin olub-olmadığı oktyabrın 22-də müəyyənləşəcək.

Qeyd edək ki, əsl soyadı Şamil Əhmədov olan 25 yaşlı güləşçi dünya çempionatından 20 gün öncə Türkiyə yığmasının heyətinə cəlb qatılıb. O, qardaş ölkədə milliləşdirildikdən sonra Ərdoğan soyadını alıb.