Bu günə xəbərlərin oxunma sayı: 1754
— 15.10.2014 22:30

Britaniyalı səyahətçilər ölkəmizdə səfərdədirlər, amma bu dəfə tamam fərqli...

Səyahətlər adətən avtomobillə, təyyarəylə, qatarla olur. Amma Böyük Britaniyadan olan ər-arvad Daniyan və Çoma velosipedlə səyahətə çıxıblar. Artıq bir neçə gündür ki, yollar qət edən cütlük paytaxt Bakıya getmək arzusundadırlar. Yolları Tovuzdan da keçən britaniyalılar ölkəmizin gözəl təbiəti və insanların çox qonaqpərvər olduğunu söyləyirlər. Havanın yağmurlu olması onların hərəkətinə mane olduğundan günəşli havadan istifadə edib daha çox yol qət etmək fikirindədilər. Keçib gəldikləri Azərbaycan rayonlarının gözəl, təmiz havası olduqlarını bildiriblər.