• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2242
— 16.10.2014 09:56

Gəncənin qazanxanaları qış mövsümünə hazır vəziyyətə gətirilib

Nazirlər kabinetinin qərarı ilə Respublikamızda hər il noyabrın 15-dən başlayaraq Azəristiliktəchizat  Açıq Səhmdar Cəmiyyəti qış mövsümünə keçir. Lakin havaların soyuq keçməsi cəmiyyəti vaxtından əvvəl fəaliyyətə başlamağa vadar edib.  

Azəristiliktəchizat  Açıq Səhmdar Cəmiyyətinin Gəncə şəhər İstilik Sistemləri İdarəsi payız-qış mövsümünə hazırlıq işlərini sentyabr ayında başa çatdırıb. İdarənin əməkdaşları balanslarında olan bütün qazanxanaların köhnə və yararsız boru xətlərini yeniləyib, qaz xətlərində olan sızmaların qarşısını alınıb. Həmçinin qazanxanaların işləməsi üçün borular da su ilə doldurulub.

Əsəd Xudaverdiyev- Gəncə şəhər İstilik Sistemləri İdarəsinin rəisi: “Havaların soyuq keçməsi ilə əlaqədar olaraq, biz hazır vəziyyətdəyik, istənilən vaxt istiliyi verə bilərik. Keçmiş işlək vəziyyətdə olan qazanxanalar yoxlanılaraq su ilə doldurulub. Bu təhvil verilən 4 yeni qazanxanada soyuq halda sınaqdan keçirilib yoxlanılıb. Oktyabrın 17-dən yandıracağıq”.

Mütəxəssislərin sözlərinə görə, qazanxanaların fəaliyyəti istər maddi cəhətdən, istərsə də təhlükəsizlik baxımından olduqca sərfəlidi. Ona görə də qazanxanaların qış mövsümündə işlədilməsi vacibdir.

Əsəd Xudaverdiyev- Gəncə şəhər İstilik Sistemləri İdarəsinin rəisi: “İki otaqlı mənzil üçün ayda 4 manat verilir. Ancaq bizdə ayda qaz, işıq üçün ayda 25-30 manat pul ödənilir. Hər tərəfli qazanxana xeyirlidi. Bu gəlirlə hesablanıb ki, özü-özünü idarə edir”.

Gəncə şəhər İstilik Sistemləri İdarəsinin tərkibində hazırda 29 qazanxana fəaliyyət

göstərir ki, bunlardan 6-sı orta məktəb, 10-nu səhiyyə ocağı digərləri isə müxtəlif təşkilatların və şəhər icra hakimiyyətinin binasıdır. Həmin qazanxanalardan 4-ü yenidən tikilərək bu il istifadəyə verilib.

Elnur Vahidoğlu