• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1675
— 10.05.2016 10:13

Ümummilli liderin şimal regionuna səfərləri...

Heydər Əliyevin regionların sosial-iqtisadi həyatının yaxşılaşdırılması yönündə apardığı ardıcıl və planlı siyasət sayəsində böyük uğurlar əldə olundu. Xalq və dövlət üçün taleyüklü layihələr həyata keçirildi. Regionların potensialı gücləndi. Regionlarımızda əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəldi. Heydər Əliyev hər zaman xalqla xalqla səmimi olub, onun dərdlərini, iqtisadi durumunu öyrənir. Xalq da onu hər zaman sevib. Heydər Əliyev regionların iqtisadi inkişafı, sosial rifahı üçün dəfələrlə Azərbaycan regionlarına səfər edib. Ulu öndərin Xaçmaza  ilk səfəri 1981-ci ildə, ikinci səfəri isə iki il sonra 1983-cü ildə olub. O əhali ilə, rayonun ziyalıları, ağsaqqalları ilə görüşüb, onların mövcud durumu ilə maraqlanıb, rayon rəhbərliyinə konkret tapşırıqlarını verib.