• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1659
— 10.05.2016 10:11

Heydər Əliyevin Şəkiyə səfərləri şəkililərin qəlbində silinməz izlər buraxıb

Şəki rayonunun da inkişafında Ümummilli lider Heydər Əliyevin çox böyük əməyi olub. Ulu Öndər siyasi fəaliyyəti dövründə iki dəfə -1974 və 2002-ci illərdə Şəki şəhərinə səfər edib. Dahi rəhbərlə keçirilən görüşlər şəkililərin qəlbində silinməz izlər buraxıb.

Ümummilli liderin Şəkiyə ilk səfəri 1974-cü ilə təsadüf edib. O vaxt rayonda keçirilən ümumrespublika müşavirəsinə qatılan Heydər Əliyevin birbaşa göstərişi ilə rayonda köklü dəyişikliklər baş verib.  Ölkəyə maldarlığın inkişafı üçün ayrılan vəsaitin təxminən 3-də biri - 51 milyondan 17 milyonu Şəkiyə yönəldilib. Ümummilli lider Heydər Əliyevin birbaşa göstərişi ilə Şəkinin sel sularından mühafizəsi üçün bəndlərin, Kiş çayı üzərində nəhəng körpünün və Əyriçay su anbarının tikintisinə başlanılıb. Daşüzdə Atçılıq İdman Mərkəzi istifadəyə verilib, Konserv zavodu tikilib.

Bu səfərdən sonra, Şəkidə inkişaf sürətlə davam etdirilib. Səfərdən bir il sonra 1975-ci ildə Şəkidə ilk dəfə təbii qazın məşəli yandırılıb. 70-ci illərin sonunda isə rayon ərazisinə ilk dəfə olaraq, 71 kilometr uzunluğunda dəmiryol xətti çəkilib.

9 noyabr 2002-ci il... Xalqımızın Ümummili lideri Heydər Əliyev Şəkiyə ikinci dəfə səfərə gəlir. Həmin səfər şəkililərin xatirəsində bir çox önəmli məqamlarla qalır.

Heydər Əliyev 2002-ci səfəri zamanı həm də Şəki Olimpiya İdman Kompleksinin açılışına qatılır. Həmin mərasimdə isə uzun müddət yaddaşlardan silinməyəcək bir hadisə yaşanır. Onu qarşılamağa çıxmış minlərlə sakinin içərisindən bir gənc qız cəlb edir. Həmin vaxt Şəki tibb kollecinin 2-ci kurs tələbəsi, Balakən sakini Turanə Məmmədovanın üçrəngli bayrağımızı yorulmadan yüksəkdə saxlaması Heydər Əliyevin diqqətindən yayınmamışdı.

Bu bir ölkə prezidentinin öz dövlətinin rəmzlərinə verdiyi yüksək qiymətlə yanaşı, onunla xalqa yaxınlığını da nümayiş etdirirdi.