• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1628
— 10.05.2016 10:06

Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar cənub bölgəsində bir sıra tədbirlər reallaşıb

Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə bağlı cənub bölgəsində silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də Salyan Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti və YAP-ın Salyan rayon təşkilatının təşkilatçlılığı ilə baş tutub. Toplantıda Ümummilli liderin həyat və fəaliyyətindən bəhs olunub, dahi şəxsiyyətin ölkəsi üçün xidmətlərindən danışılıb. Bu mövzuda digər bir tədbir Cəlilabadda reallaşıb. Tədbir iştirakçıları Ulu öndərin Azərbaycan tarixinin 30 ildən artıq bir dövrünü əhatə edən hakimiyyətinin ölkə üçün inkişafla xarakterizə olunduğunu vurğulayıblar. Digər bir tədbir isə Lənkəranda baş tutub. 100 nəfərin iştirak etdiyi verloyürüşdə iştirakçıların son dayanacağı Heydər Əliyev parkı olub.