• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1692
— 07.05.2016 10:05

“Plastilin” cizgi filmlər...

“Yaşa” adlanan bu cizgi qəhrəmanını Volodar məktəbinin 9-cu sinif şagirdləri plastilindən hazırlayıblar. Hər bir cizgi filmində olduğu kimi, burda da müsbət və mənfi personajlar mövcuddur. Filmin sonunda isə xeyir şər üzərində qələbə çalır. Məktəblilərin düzəltdikləri sayca ikinci olan bu multiplikasiyanın hazırlanmasında Mədinə Akbulatova və onun məktəb yoldaşlarının xüsusi rolu var. Onlar yekun dövlət imtahanında bu nümunə ilə çıxış edəcəklər.

Mədinə Akbulatova -məktəbli: Adi bir fiquru hərəkətə gətirmək, onlara can vermək, həqiqətən, gözəldir. Düşünürəm ki, bu cizgi filmlər hər bir uşağın marağına səbəb ola bilər”.

Kənardan bir qədər qəliz görünsə də, əslində burda plastilin, səbr və bir az da fantaziya tələb olunur. Ssenari isə iş zamanı müəyyənləşir. Məsələn, 15 dəqiqə əvvəl bu sarı dələ obrazların siyahısında olmasa da, indi o, mövcuddur və əsas qəhrəmanın dostudur. Yan masadakı digər qrup isə qumdan cizgi film çəkmək üçün çalışır. 30 saniyəlik videorolikdə 100-dən artıq kadr var ki, onların hər biri xüsusi diqqətlə hazırlanır.

Nadejda Pustoxaylova- məktəbli: “Bu sahə daha özünəməxsusdur və bu maraqlı özfəaliyyət insana rahatlıq gətirir”.   

Qeyd edək ki, məktəblilər bu fəaliyyətə ötən il başlayıblar və ilk əl işlərini “Regionların kompüter yaradıcılığı müsabiqəsi”nə təqdim edərək, uğur qazanıblar. Bu müddət ərzində uşaqlar özlərini və yaradıcılıqlarını kifayət qədər təkminləşdiriblər.

Marqaritta Kərimbəyova -informatika müəllimi: “Bu sahə elə də məşhur olmasa da, şəhər məktəblərində artıq bu istiqamətə maraq oyanmağa başlayıb”.

Hazırda məktəbli dostlarımız yeni müsabiqəyə hazırlaşırlar ki, münsiflər heyətinə cizgi filmlərlə yanaşı, muncuqdan hazırlanan yaradıcılıq işləri də təqdim olunacaq. Tamaşaçılara isə kompüter əsrində əmək tələb edən və az materialla hazırlanan bu multiplikasiyaya qiymət vermək qalır.

Eşqin Zahid