• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1889
— 06.05.2016 17:34

Gəncənin 13 yaşlı dahisinin riyazi hesablamada yeni kəşfi

KepezTV Player

Riyazi hesablamada yeni metod tapılıb. Bu xəbərin bizim üçün əhəmiyyətini artıran xüsusiyyəti həmin metodun Azərbaycanda, Gəncədə tapılmasıdır. Amma bu da hələ son deyil. Xəbəri sensasiya səviyyəsinə qaldıran cəhəti odur ki, bu riyazi metodun müəllifi 13 yaşlı yeniyetmədir.    

Hazırda gördüyümüz sonu 0 və 5 ilə bitməyən rəqəmlərin ənənəvi beşə bölünmə üsuludur. Amma bunun daha asan və rahat üsulu var. Həmin üsulu isə 7-ci sinif şagirdi Kənan düşünüb tapıb. İndi bizə də izah edəcək.

Kənan Orucov Gəncə şəhər 44 saylı lisey orta məktəbin 7-ci sinfində təhsil alır. Sinfin əlaçısı olan Kənanın riyaziyyat fənninə marağı daha çoxdur. Elə riyazi hesablamada kəşf etdiyi yeni üsul, 5-ə tam bölünməyən ədədlərin 5-ə bölünməsi də onun bu marağının nəticəsidir. Yeddinci sinif şagirdi sonu 0 və 5-lə bitməyən rəqəmləri 5-ə asan yolla bu şəkildə bölür: bölünən rəqəmi 2-yə vurur. Alınan hasilin son ədədini kəsrə ayırır. Kənanın riyaziyyat müəlliməsi Kəfiyyə müəllimə də şagirdinin düşünüb tapdığı üsulu yüksək qiymətləndirir.

Kəfiyyə Məmmədova- riyaziyyat müəllimi: "Adətən biz uşaqlara onluq kəsrlərin bölməsini keçəndə, öyrənmək çətinlik yaradır. Amma vurma əməlini bütün şagirdlər bilir. Kənanın kəşf etdiyi üsul da vurma ilə bölməyə keçid olduğundan, mənə elə gəlir ki, şagirdlər yararlana biləcəklər. Əlverlişli üsuldur. "

Bəli, həm şagirdlər üçün, həm də riyaziyyata marağı olan istənilən şəxs üçün olduqca asan və maraqlı üsuldur. Kim bilir, bəlkə də Kənanın yeni kəşfi elmi səviyyədə riyazi hesablamaların əsas üsullarından birinə çevriləcək. Təbii ki, vaxtı çatanda...

Zülfiyyə Telmanqızı