• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1787
— 06.05.2016 11:48

Şəmkirdə "Azərbaycan naminə" sənədli filmi ictimaiyyətə təqdim olunub

Heydər Əliyevin Şəmkirə səfərləri, rayonda etdiyi açılışlar, təlqin etdiyi fikirlər şəmkirlilər tərəfindən bu gün də xoş xatirə kimi yaddaşlarda yaşadılır. Rayonda "Heydər Əliyev və Azərbaycan dövlətçiliyi" mövzusunda elmi-praktik konfransda əhalinin rifah halının yaxşılaşması, yeni istehsal sahələrinin yaradılması, regionların timsalında əldə edilən nailiyyətlər bugünkü inkişafın təməl daşı kimi hesab edilib. Ümumilli lider Heydər Əliyevin geniş və hərtərəfli fəaliyyəti, onun müstəqil Azərbaycanın dinamik inkişafı istiqamətində həyata keçirdiyi layihələr də Ulu öndərin anadan olmasının 93-cü ildönümünə həsr edilən tədbirdə səsləndirilib. Konfrans "Azərbaycan naminə" adlı sənədli filmə tamaşa ilə yekunlaşıb.

Natiq Hüseyn