• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1398
— 06.05.2016 11:47

Şəmkirdə kitab sərgisi təşkil olunub

Ulu öndər Heydər Əliyevin uzaq görən siyasəti və onun Azərbaycanda hakimiyyətdə olduğu dövrdə əldə olunan nailiyyətlər Şəmkirdə təşkil olunan kitab sərgisində təqdim olunub. Ümummilli liderin anadan olmasının 93-cü ildönümünə həsr olunan kitab bayramında Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafı və Şəmkirə səfərlərini əks etdirən bölmələr də yer alıb. Rayonun mədəniyyət və turizm şöbəsinin hazırladığı konsert proqramının təqdim olunduğu tədbirdə kitablara həsr olunan foto stendlər ddə nümayiş etdirilib.

Əsgər Ələsgərov- Şəmkir rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri: “Bu gün mərkəzi istirahət parkında və bütün mədəniyyət ocaqlarında Ulu öndərin anadan olmasının 93- cü ildönümü ilə bağlı tədbirlər keçirilir. Bu tədbirlər silsilə xarakter daşıyır”.

Natiq Hüseyn