• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1630
— 06.05.2016 10:02

Məktəblilərdən təqdirəlayiq təşəbbüs...

Bu balaca dostlarımız əmək təlimi dərsində quşlar üçün yuva hazırlayırlar. Çəkic, mismar və mişarla ehtiyatlı davranan gənc ustalar yuva sakinlərini düşündükləri üçün konservatsız boyadan istifadə edirlər. Əmək sevgisi aşılayan dərsdə bundan başqa digər məişət avadanlıqları da hazırlanır. Tədrisin digər bir özəlliyi isə məktəblilərin fizika, coğrafiya fənlərindən öyrəndiklərini burda tətbiq edə bilmələridir. Hazırlanan hər bir əl işi isə böyük sevinc və fərəh bəxş edir.

Əmək təlimi müəllimi: “Bütün öyrədilənlər ilkin əmək təcrübələridir. Əgər təcrübə varsa, iş bacarığı varsa, insan gələcəkdə əmək fəaliyyəti göstərə, ən əsası özünə lazım olan hər şeyi hazırlaya bilər”.

Böyük zəhmət bahasına başa gələn yuvalar hazırlandıqdan sonra isə parklarda və meşələrdə yerləşdirilməyə başlanır. Bundan başqa təmirə ehtiyacı olanlar isə yenilənir. Gəzintiyə çıxanlar bu yuvaları seyr etməklə yanaşı, onlara yem də qoyurlar.  

Məktəbli: Biz onsuz da bura dostlarımızla gəzməyə gəlirik, ona görə də quşlara dən vermək bizim üçün çətin deyil”. 

Ümumiyyətlə, XIX əsrdən qeyd olunmağa başlayan “Quşlar günü” SSRİ dövründə bilinməyən səbəblərə görə unudulsa da, dövrün pionerləri adlanan məktəblilər bu əlamətdar günü keçirir, bununla da təbiətə və quşlara qayğı ilə yanaşdıqlarını nümayiş edirdilər. 2000-ci illərdə yenidən bərpa olunan bu bayram artıq Həştərxan məktəbliləri ilə yanaşı, digər bölgələrdə də qeyd olunur. Hətta şəhər qubernatoru da tez-tez balaca dostlarımıza kömək edir. Fərqli ölçü və dizayna malik olan bu evciklər uzun müddət yuvasız quşların evi olacaq.

Eşqin Zahid