• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1693
— 05.05.2016 15:46

“Gəncə Avropa Gənclər Paytaxtı 2016“-nın rəsmi açılışı çərçivəsində tədbirlər bu gün də davam etdirilib

Günün ilk yarısında Avropa Gənclər Paytaxtları Şəbəkəsinin toplantısı keçirilib. Müxtəlif illərdə Avropanın gənclər paytaxtı adını qazanan şəhərlərin nümayəndələri bir araya gələrək müzakirələr aparıblar. Onlar bu illər ərzində reallaşdırdıqları layihələr, təşkil etdikləri seminarlar və səfərlər haqqında məlumat verib, öz təcrübələrini bölüşüblər. Söhbətlər müxtəlif şəhərlərdə reallaşan layihələri əks etdirən slaydla müşayiət olunub.

Tədbir günün ikinci yarısında  "Gəncə Avropa Gənclər Paytaxtı 2016" könüllülərinin iştirakı ilə davam edib. Bu il ərzində reallaşacaq layihələr və qarşıda duran vəzifələr müzakirə edilib.

Gülnar Fazilqızı