Hadisə rayon mərkəzindən 13 km aralıda yerləşən Qars kəndində baş verib. Ümumi sahəsi 100 kv.m olan birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Hadisə yerinə FHN-nin DYMH-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Onların müdaxiləsi ilə alovun digər tikililərlə keçməsinin qarşısı alınıb. Hadisə yerinə baxış zamanı məlum olub ki, yanğına elektrik naqillərində qeydə alınan qısqapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır.
Vəfa Şairova
- Baxış: 451