• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1656
— 16.10.2014 12:19

Samuxda bıçaqlanma hadisəsi baş verib ( Yenilənib )

Samuxda bıçaqlanma hadisəsi baş verib. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Xəstəxanadan verilən məlumata görə Samux rayon Nəbiağalı qəsəbə sakini  42 yaşlı Zabit Xəlilov qarnının daxilə keçən kəsilmiş deşilmiş yarası ilə xəstəxanaya gətirilib.  Həkimlər yaralını dərhal əməliyyat edib və xəstənin vəziyyətinin ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib. Yaxınlarının sözlərinə görə Zabit Xəlilov münaqişə edənləri aralayarkən onu bıçaqla vurublar. Bıçaq Zabit Xəlilovun qaraciyərini və yoğun bağırsağını deşib. Faktla bağlı araşdırma aparılır.

saat 13-15 olan xəbər

Samuxda qohumlar arasında yaranan mübahisə qanlı sonluqla bitib. Nəticədə bir nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Cinayəti törədən şəxs isə polis tərəfindən isti izlərlə saxlanılıb.

Samux sakini 42 yaşlı Zabit Xəlilov üzərində bıçaq yaraları olan xəsarətlərlə ötən gün axşam saatlarında Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Dərhal əməliyyat olunan yaralı sonrakı müalicə üçün reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər Xəlilovun xəsarətlərinin ağır olduğunu deyir.

Samux rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub ki, Zabit Xəlilovu qohumu 20 yaşlı Sirac Abbaszadə bıçaqlayıb. Sirac Abbaszadə isti izlərlə saxlanaraq istintaqa təhvil verilib. O ilkin ifadəsi zamanı bildirib ki, Zabit Xəlilov və qeyriləri onun yaşadığı evin yaxınlığına gələrək mübahisə ediblər. Bu zaman Sirac Abbaszadə üzərində götürdüyü mətbəx bıçağı ilə Xəlilova zərbə endirib.

Sirac Abbaszadə- saxlanılan şəxs: “Mənim yeznəm mənə zəng etdi ki, sən mənim bacıma zəng edibsən. Mən isə inkar etdim ki, elə bir şey olmayıb. İstəsən yoxlaya bilərsən. Daha sonra yeznəm də öz yeznəsini və başqa birisini götürərək bizim yaxınlığımıza gəldi. Mən də mətbəxdən bıçaq götürüb çıxdım. İstədim əvvəlcə eləcə söhbəti başa salım. Sonra içkili halda məni döydülər. Bu zaman mən də bıçaqla vurdum”.

Hazırda Samux Rayon Polis Şöbəsində iş üzrə araşdırmalar davam etdirilir. Baş verən hadisəyə istintaq başa çatdıqdan sonra hüquqi qiymət veriləcək.

Natiq Hüseyn