Valideyn diqqətsizliyi, yoxsa həkim səhlənkərlığı? Polis yanıq xəsarətləri alaraq dünyasını dəyişən 3 yaşlı uşağın ölümünün səbəblərini araşdırır.
Tovuzda azyaşlı yanaraq dünyasını dəyişib. Hadisə rayonun Hunanlar kəndində baş verib. 3 yaşlı uşağın masa üstünə qoyulan isti xörəyi üzərinə aşırması nəticəsində qol, qarın nahiyələrindən yanıq xəsarətləri alıb. Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılan qızcığaza bədəninin 15 faizinin termiki yanığı diaqnozu qoyulub.
3 bacının sonbeşiyi olan uşağın vəziyyəti pisləşdiyindən səhər saatlarında xəstəxanada dünyasını dəyişib. Valideynləri övladının həkim səhlənkarlığının qurbanı olduğunu iddi edir. Xəstəxananın travmatoloqu Kamaləddin Abbasov isə deyilənlərlə razılaşmır.
Dünyasını dəyişən azyaşlının meyidi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Tovuz rayon şöbəsinə gətirilib. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırmalara başlanıb.
Rahim İbrahimoğlu
saat 15:55-ə olan xəbər
Tovuzda azyaşlı yanaraq dünyasını dəyişib. Hadisə rayonun Hunanlar kəndində baş verib. 3 yaşlı Aysu Bağırzadə masa üzərinə qoyulan isti xörəyi üzərinə aşırıb. Nəticədə qol, qarın nahiyələrindən yanıq xəsarətləri alan qızcığaz Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Dərhal zərərçəkənə tibbi yardıb göstərilib. Lakin, bədənin 15 faizinin termiki yanığı diaqnozu qoyulan azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırmalara başlanıb.
Rahim İbrahimoğlu
- Baxış: 1057