• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 889
— 15.10.2014 22:30

Toya qonaq gələn qadın məclisdə oğurluq edib

Bakıda şadlıq sarayından oğurluq edilib. Toy mərasimi zamanı 26 yaşlı qadın digər qadının əl çantasını oğurlayıb.

Oktyabrın 10-da paytaxt ərazisindəki şadlıq saraylarından birində  Nazilə Ələsgərovaya məxsus içərisində 270 manat pul və mobil telefon olan çanta oğurlanıb. Zərərçəkmiş hadisə barədə Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinə müraciət edib. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 26 yaşlı Vüsalə İlham qızı Rəhimova yaxalanaraq istintaqa təhvil verilib.

İfadəsində Vüsalə Rəhimova törətdiyi əməli etiraf edərək peşman olduğunu bildirib. Lakin saxlanılan qadın kamera qarşısında danışmaq istəmədi. Hazırda polis Vüsalə Rəhimovanın bu kimi cinayətlərdə əlinin olub-olmamasını araşdırır.