• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 701
— 15.10.2014 18:28

Gəncədə çay evində qanunsuz lotoreya oyunlarının keçirildiyi aşkarlanıb

Gəncə şəhər Baş Polis İdarəsinin yaydığı məlumata görə, idarə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, 27 yaşlı Yasin Məmmədova məxsus, şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən çay evində qanunsuz lotoreya oyunlarının təşkil edilməsi üzə çıxıb.

Araşdırma zamanı müəyyən edilib ki, şəhər sakini, 29 yaşlı Vüsal Bəşirov çay evini Yasin Məmmədovdan gününə 12 manata kirayəyə götürüb və orada qanunsuz lotoreya oyunları təşkil edib. Çay evinə baxış zamanı oradan üzərində “Golden-Kend” sözləri yazılan müxtəlif məbləğlərdə oyunçulara verilən oyun çekləri, müxtəlif məbləğlərdə uduş çekləri, kassadan 74 manat pul, qəbzləri çap edən “Lpos” markalı aparat, oyunun idarə olunması üçün 1 ədəd LG markalı televizor və 1 ədəd “Toshiba” markalı noutbuk aşkarlanıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.