Hadisə Bakı-Qazax magistralının 88-ci kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ərazisində baş verib. Bakı şəhəri, Nizami rayon sakini, 30 yaşlı Arzu Qurbanovun idarə etdiyi “Hyndai ix35” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü, avtomobildə olan sürücünün həyata yoldaşı - 28 yaşlı Asimə Qurbanova, 4 aylıq körpə Vahid Qurbanov sınıq və digər xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər. Ailə üzvlərindən iki nəfər - 3 yaşlı Dəniz Arzu qızı və digəri isə yüngül xəsarətlər alıb. Hadisəyə yağışlı hava sabəb olub. Faktla bağlı BDYPİ-də araşdırma aparılır.
Vüsalə Camal
- Baxış: 292