Lerik sakini elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Hadisə rayonun Piran kəndində fəaliyyət göstərən “Lerik Broyler” fabrikində qeydə alınıb. Orada elektrik işləyən Vüqar Abbasov elektrik cərəyanı vurması nəticəsində ölüb. Hər iki faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.
Qax Rayon Mərkəzi Xəstəxanasına isə rayonun Xələftala kənd sakini, 40 yaşlı Alyoşa Papiyaşvili ağır vəziyyətdə daxil olub. Həkim müayinəsi zamanı Papiyaşvilinin öldüyü məlum olub. Araşdırma zamanı bəlli olub ki, Alyoşa Papiyaşvili yaşadığı ərazidə qanunsuz olaraq transformatora müdaxilə edib və bu zaman onu elektrik cərəyanı vurub.
Vüsalə Camal
- Baxış: 495