• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4804
— 15.10.2014 18:25

Siyəzəndə 11 yaşlı uşaq kanalda batıb

Hadisə yerinə FHN-nin Dövlət Sularında Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub. Kanalda su axınının sürətli olması axtarışları çətinləşdirir.

Siyəzəndə gecənin sükutunu 11 yaşlı uşağın kanalda batması xəbəri pozub. Rayon sakini 2003-cü il təvəllüdlü Zahidov Emin Famil oğlu Samur-Abşeron kanalının Siyəzən rayonundan keçən hissəsində suya düşüb. Hadisədən xəbər tutan Eminin yaxınları FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinə zəng edib.

Eminin qohumlarının sözlərinə görə, o, kanalın kənarına dostları ilə göbələk yığmağa gedibmiş. Su içmək istəyən azyaşlı su doldurmaq üçün kanala düşüb. Eminin axtarışları gecə saatlarına qədər davam edib.

FHN-nin DSXX-nin rəisinin sözlərinə görə, kanalda su axınının sürətli olması axtarışları çətinləşdirir.

Qeyd edək ki, bu hadisə adışəkilən ərazidə baş verən ilk hadisə deyil. Daha əvvəl içərisində 4 nəfərin olduğu avtomobilin kanala düşməsi nəticəsində iki  nəfər həyatını itirmişdi. Qalan iki nəfər isə müxtəlif ərazilərdə sudan çıxmağa nail olmuşdu.