• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4755
— 15.10.2014 18:20

Gəncədə zəncirvari yol nəqliyyat hadisəsi baş verib

Ötən gecə saat 22:00 radələrində Gəncə şəhərində zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Heydər Əliyev prospekti ilə Şeyx Bahəddin küçəsinin kəsişməsində qeydə alınıb. Gəncə sakini  Taleh Fərəcov idarə etdiyi “Niva” markalı avtomobillə prospektlə yüksək sürətlə hərəkətdə olarkən Səfər Məmmədov və Rafiq Həmzəyevin hər birinin idarə etdikləri “Mercedes” markalı avtomobillərə  arxadan çırpılıb. Xoşbəxtlikdən qəza nəticəsində ölən olmasa da, hər üç avtomobilə ziddi ziyan dəyib.

İlkin ehtimala görə qəzaya səbəb “Niva”nın sürücüsünün ehtiyatsızlığı olub.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsində araşdırma aparılır.