• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 700
— 15.10.2014 18:15

Gəncədə köşkdən oğurluq hadisəsi baş verib

Gəncədə növbəti dəfə köşkdən oğurluq edilib. Belə ki, şəhər sakini

Nazənin Quliyeva Nizami rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər şəhərin Heydər Əliyev prospektində ona məxsus ticarət köşkün pəncərəsini sındıraraq oradan 1 ədəd təsbeh, 1 ədəd cib saatı, 2 ədəd mobil telefonu, müxtəlif çeşidli alışqanlar və xeyli sayda siqaret aparıblar. Zərərçəkmişin sözlərinə görə, ona təxminən 500 manat dəyərində maddi ziyan dəyib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparıır.