• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2247
— 15.10.2014 18:15

Goranboyda 4 otaqlı, Ələt və Şəmkirdə isə 3 otaqlı ev yanıb

Ötən gün axşam saatlarında respublika ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb. Xəbərə görə, ilk ynağın  Goranboy rayonu, Veyisli kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsində baş verib. Nəticədə, mətbəxin tavanı 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Daha bir yanğın Qaradağ rayonunun Ələt qəsəbəsində, ümumi sahəsi 420 kv.m olan kommunal tipli birmərtəbəli yaşayış binasında baş verib. Nəticədə, binanın dam örtüyünün yanar konstruksiyaları 350 kv.m sahədə və vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan 3 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları yanıb. Binanın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.  

Bundan başqa, Şəmkir rayonu, Mahmudlu kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan  birmərtəbəli 3 otaqlı  evdə yanğın olub. Nəticədə, evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, baş verən yanğınlar zamanı vətəndaşlara ciddi ziyan dəysə də xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb.