• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1035
— 15.10.2014 18:10

Gəncədə binanın eyvanından qopan daş parçaları avtomobillərin üzərinə düşüb

Bu gün axşam saat 18:00 radələrində Gəncədə bədbəxt hadisə baş verib. Şəhərin Atatürk prospekti, 240 ünvanında yerləşən yüksək mərtəbəli binanın eyvanından qopan daş parçaları prospektdə dayanan avtomobillərin üzərinə düşüb. Xoşbəxtlikdən xəsarət alan olmasa da Rəşad Sadıqova məxsus “VAZ 2107” markalı avtomobilə ciddi ziyan dəyib.