• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2182
— 15.10.2014 17:50

Gəncənin Bakı istiqamətindən şəhərə giriş hissəsi abadlaşdırılır

Gəncənin Bakı istiqamətindən şəhərə giriş hissəsində geniş abadlıq-quruculuq işləri aparılır. Görülən işlər nəticəsində şəhərin giriş hissəsi daha müasir və daha gözəl görkəm alacaq.

Aparılan işlər nəticəsində ərazidən keçən yüksəkgərginlikli elektrik xətləri yer altına salınıb. Hərəkətin yaxşılaşdırılması üçün mövcud yollar genişləndirilir. Yol kənarları abadlaşdırılır, səkilərə yeni daşlar düzülür. Həmçinin əraziyə müasir işıqlandırma sisitemləri də quraşdırılır. Bununla yanaşı şəhərə girişdə yolun sağ hissəsində yeni istirahət parkı salınır. Təxminən 1 hektar ərazini əhatə edəcək parkda insanların normal istirahəti üçün bütün lazimı infrastruktur qurulacaq. Ərazidəki avtomobil yolunun  dairəvi hissəsinə isə müasir fəvvarə quraşdırılacaq. Abadlıq işləri çərçivəsində ətrafdakı inzibati binaların dam örtükləri və fasad hissələri də yeni görkəmə salınıb. İşlərin ən qısa müddətdə başa çatdırılması nəzərdə tutulur.

Elton Cabbarlı