• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1623
— 02.05.2016 10:15

Veteran kosmonavtlar...

Qalina Vlasova SSRİ-də sadə insanların televiziyadan və ya mətbuatdan tanıdığı məşhur kosmonavtları  şəxsən görüb- onlarla bir yerdə çalışıb. O, ömrünün 30 ilini Baykonur kosmik stansiyasında keçirib və bu müddət onun yaddaşında əbədi izlər qoyub. Buna görə də müsahibimiz həmin dövrə aid şəkilləri, buraxılış vərəqələri, avtoqrafları, hətta bir qutu “Apollon” siqareti də xatirə olaraq saxlayıb . Qalina  xanımın yoldaşı da eyni kosmik stansiyada sürücü kimi işləyirdi və o, kosmonavtları uçuş meydançasına aparıb-gətirirdi. İlk baxışdan asan görünsə də o bu iş üçün Sovet Təhlükəsizlik Xidmətinin yoxlamasından belə keçməli olub.

Vladimir Vlasov- veteran kosmonavt: “Mənim buraxılış vərəqəmdə 32 hərfdən  ibarət işarə var idi ki, bu da mənim hərəkət sxemim idi”.

Müsahibimiz qeyd edir ki, bir çox kosmik sirrlərdən agah olmasalar belə heç kimə heç nə deməyəcəkləri haqqında onların əmək müqavilələrində xüsusi maddə də mövcud idi. O dövrün ən yaddaqalan hadisələrindən biri isə kosmik gəminin uçuşu idi ki bu da xüsusən gecələr ecazkar gözəlliyə malik idi.

Qalina Vlasova- veteran kosmonavt:  “Raket uçarkən arxasında qırmızı ləkələr çox gözəl görünürdü. Müəyyən müddət isə mührərriklərin biri ondan ayrılaraq yerə düşürdü. Bu zaman onun fəzadakı trayektoriyası adamı valeh edir və düşünəndə ki, bunu insan övladı hazırlayıb daha da heyran olurdun”.

Digər bir veteran kosmonavt isə Raisa Lazarevskayadır. Onun topladığı bu nümunələr o dövrdə istifadə olunan real əşyalardır. Qeyd edək ki, Həştərxandakı bu kosmik eksponatları toplamaq ona asan başa gəlməyib və bununla bağlı onun komik bir xatirəsi də var:

Raisa Lazarevskaya- veteran kosmonavt: “Bu əşyaları mən bura gətirərkən bir qrup gənc mənə kömək etmək istədilər. Lakin mən tərəddüd etdim ki, bu nadir əşyaları onlar götürüb qaça bilərlər. Ona görə də, qatara qədər onları özüm gətirdim və bu məni çox yordu”.

İlk kosmik uçuşdan illlər keçməsinə baxmayaraq bu dövrə və onu xatırladan əşyalara maraq hələ də qalıb. Adi bir manatlıq nominal indi çox bahalaşıb, üzərində Qaqarinin təsviri olanlar isə daha da dəyərlənib.  Bir zamanların adi stəkan altlıqları isə indi tapılmayan əşya sayılır. Üzərində kosmos görüntüləri olanlar isə nadir hallarda əldə olunur. Əntiq əşyalar mağazasının sahibi isə bunları belə izah edir:

Əntiq əşyalar mağazasının sahibi:  “60-cı illər Sovet dövrünün ən çiçəklənən dövrü idi. Bu, indi də o mərhələni yaşayanlar üçün əzizdir. Buna kosmosa ilk uçuş da təsir edib”.

Kosmik gəmilər əvvəlki kimi yenə də uçuşlar edirlər. Artıq bəşər övladı Marsda tədqiqatlar aparırlar. Bəlkə də elə buna görə indi kosmos bizə əlçatmaz deyil, artıq adi həyatımızın bir parçasıdır.

Eşqin Zahid