Sərxoş həyat tərzi Qaxda 64 yaşlı kişi şəxsin həyatılan son qoyub. O içkili vəziyyətdə çaya yıxılıb və boğularaq ölüb. Hadisə aprelin axşam saatlarında rayon Qum kəndində qeydə alınıb. Kənd sakini, 64 yaşlı İbrahim Məmmədovun meyiti yaşadığı evin yaxınlığından axan su arxında qonşuları tərəfindən aşkar olunub. Hadisə yerinə cəlb edilmiş hüquq-mühafizə orqan əməkdaşlarının apardıqları ilkin araşdırma zamanı məlum olub ki, İbrahim Məmmədov sərxoş vəziyyətdə su arxına yıxılıb və boğularaq ölüb. Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.
İlham Məmmədzadə
- Baxış: 460