• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1516
— 15.10.2014 14:41

DSMF Şəmkirdə “Açıq qapı günü” adlı vətəndaş forumu keçirib

Gəncə şəhəri və Qərb bölgəsinin 8 rayonundan sığorta ödəyiciləri, sığorta edənlər və pensiyaçıların qatıldığı tədbirdə Fondun nümayəndələri tərəfindən qurumun istifadəyə verdiyi yeni xidmətlər haqqında məlumat verilib.

Tədbirdə beynəlxalq standartlar əsasında yenidən formalaşdırılan sosial müdafiə sisteminin vətəndaşların yaşayış səviyyəsinin müasir mexanizmlər əsasında yüksəldilməsini təmin etməyə hesablandığı bildirilib. Bu gün Dövlət Sosial Müdafə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özü üçün məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir.

Nəzərə çatdırılıb ki, hər bir şəxs 2006-cı ilin 1 yanvarınadək olan iş stajlarının qeydiyyata alınmasında aktivlik göstərməlidir. Çünki avtomatlaşdırılmış pensiya təyinatı yalnız sistemdə qeydiyyata düşmüş elektron göstəricilər əsasında aparıldığından, müvafiq məlumatlar sistemdə vaxtında öz əksini tapmadıqda, hesablamalarda onların nəzərə alınması texniki baxımdan mümkün olmur. Ölkədə pensiya ödənişlərinin 99,9%-nin plastik kartlarla aparılması, pensiyaçılara xidmət məqsədilə 800-ə yaxın yeni bankomatın qurulması, pensiyaçılar üçün bir aylıq pensiya məbləğində hər ay yenilənən faizsiz kredit limitindən istifadə imkanı yaradan “Pensiya+” xidməti, və fondun əhaliyə və sığortaedənlərə təqdim etdiyi çoxsaylı elektron xidmətlər barədə forum iştirakçılarına ətraflı məlumatlar verilib.