Bu günə xəbərlərin oxunma sayı: 1387
— 15.10.2014 14:43

Samuxda “Müstəqillik Məktəblərin Gözü ilə” adlı rəsm müsabiqəsi keçirilib

Samux şəhər Heydər Əliyev Mərkəzində 18 oktyabr - Müstəqillik gününə həsr edilən “Müstəqillik Məktəblərin Gözü ilə” adlı rəsm müsabiqəsi keçirilib. Müsabiqədə Samuxun müxtəlif ümumtəhsil məktəblərinin istedadlı şagirdləri  iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Aygün Həsənzadə Azərbaycanın dövlətçilik tarixində müstəqillik amilinin nə qədər önəmli olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra müsabiqəyə start verilib. Bildirək ki, rəsm müsabiqəsində Samuxun müxtəlif ümumtəhsil məktəblərinin istedadlı şagirdləri  iştirak ediblər.  

Aygün Həsənzadə- Samux Şəhər Heydər Əliyev mərkəzinin direktoru: “Mərkəzimizdə bu gün Samux şəhər məktəblilərinin rəsm müsabiqəsi keçirilir. Düşünürük ki, bu müsabiqədə Samux məktəbliləri müstəqillik haqqında öz fikirlərini, öz ideyalarını bu şəkillərlə, çəkdikləri rəsm əsərləri ilə nümayiş etdirə biləcəklər”.

Tədbirin həyata keçirilməsində əsas məqsəd istedadlı şagirdləri bir araya toplayaraq, onların potensialını üzə çıxarmaq  və bununla da şəhərin inkişafına  təkan verməkdir.

İradə Məmmədova- təşkilatçı: “Bir təşkilatçı kimi biz gənclərin bütün ideyalarını dəstəkləyən və həyata keçirməkdə dəstək göstərən hər kəsə öz minnətdarlığımı bildirirəm”.

Müsabiqə qalibləri Heydər  Əliyev  Mərkəzi tərəfindən  təsis edilən diplom və qiymətli hədiyyələrlə təltif olunublar. Qeyd edək ki, müsabiqə çərçivəsində şagirdlərin müstəqilliklə, Azərbaycan Respublikasının Dövlət Bayrağı və şücaətli əsgərləmizlə bağlı çəkdikləri rəsm nümunələri izləyənlər tərəfindən maraqla qarşılanıb.                        

Mehman Abbaszadə