• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1679
— 27.04.2016 10:06

“Xəzərin səsi” musiqi müsabiqəsi...

Həştərxanda keçirilən “Xəzərin səsi” musiqi yarışmasının məqsədi bölgədəki azyaşlı istedadları üzə çıxarmaq və onların düzgün stimullaşmasını müəyyən etməkdir. Müsabiqəyə hazırlıq 3 ay davam edir və burda təkcə ifaçılıq deyil, eyni zamanda səhnə mədəniyyəti, rəqs və dramaturji dərslər də keçilir. Yalnız bundan sonra yekun festival təşkil olunur ki, bu zaman iştirakçılar arasından ən yaxşıları seçilərək, təltif edilir. Təşkilatçılar müsabiqədə iştirak edən uşaqların çıxışlarından məmnun qaldıqlarını vurğulayırlar.

Gennadi Ordenov -təşkilatçı: “Uşaqların özlərini musiqi sahəsində göstərmələri, müxtəlif rəqslər öyrənib səhnədə çıxış etmələri məni çox sevindirir”.

Yaşından aslı olmayaraq, bu iştirakçılar 12 nominasiya uğrunda mübarizə aparırlar və məqsədləri qalib gəlməkdir.

Anjelina Kusaylo - müsabiqə iştirakçısı: “Mən birinci dəfədir ki, burda iştirak edirəm və təcrübəm o qədər də çox deyil”.

Bu azyaşlı iştirakçının təcrübəsinin az olmasına baxmayaraq, istəyi var və onun gələn il müsabiqədə iştirak etməsi hələ ki, bilinmir. Təşkilatçıların dediyinə görə, müsabiqə iştirakçıları hər il yenilənir və finaldan sonra onların əksəriyyəti özlərini daha da təkminləşdirərək, irəli gedir, böyük səhnəyə qədəm qoyurlar. Beləliklə, yaradıcılıqlarını sərbəst şəkildə davam etdirirlər.

Denis Qazizov - təşkilatçı: “Bizim məqsədimiz burda yaxşıları seçmək deyil. Fikrimiz hamılıqla inkişaf etmək və nəyəsə nail olmaqdır”.

Qeyd edək ki, müsabiqənin ümumi uduş fondunu 100 min rubl təşkil edir və bu mükafat  ən yaxşılar arasında bölünür. Birinci yerin sahibinə isə əlavə olaraq, böyük, oyuncaq ayı da hədiyyə olunur.

 

Eşqin Zahid