• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2562
— 26.04.2016 17:31

Mir Cəlal Paşayevin 108 illiyi münasibətilə Gəncədə anım tədbiri keçirilib

Gəncədə görkəmli alim, pedaqoq, ədəbiyyatşünas Mir Cəlal Paşayevin anadan olmasının 108 illiyi qeyd olunub. Dahi ədibin adını daşıyan müzeydə anım tədbiri keçirilib.

Görkəmli alim Mir Cəlal Paşayev 1908-ci ildə Cənubi Azərbaycanda dünyaya göz açsa da, lakin bir müddət sonra ailəsi ilə birlikdə Gəncəyə köçür.

Görkəmli ədibin həyatının ən gözəl çağları, gənclik illəri Gəncədə keçib. 20 yaşında ədəbiyyata gələn Mir Cəlal Paşayev onlarla roman, povest, novella və oçerklərin müəllifidir. Onun “Bir Gəncin Manifesti” əsəri isə Azərbaycan ədəbiyyatının incilərindən sayılır. Tənqidçilərin fikrincə, məhz bu əsər klassik bədii nümunə kimi yazıçını ölümsüzləşdirib.

İbrahim Quliyev – professor: “Xalqımız qədirbilən olduğu üçün həmişə tarix yaradan insanları unutmur. Düşünürəm ki, məhz Azərbaycan ədəbiyyatında da, tarixində də belə tarix yaradan insanlardan biri də Mircəlal Paşayev olmuşdur”.

Şəhər ictimaiyyəti və ziyalıların iştirakı ilə ədibin adını daşıyan muzeydə keçirilən tədbirdə onun həyat və yaradıcılığına geniş nəzər salınıb. Gəncədə yaşadığı müddətdə görkəmli ədibin yazıçılıqla yanaşı, pedaqoji fəaliyyət göstərdiyi də vurğulanıb. Gəncə Dövlət Kamera orkestrinin ifası ilə tədbir sona çatsa da, gəncəlilərin Mir Cəlal Paşayev yaradıcılığına sevgisi tükənməzdir. Çünki, bu yaradıcılığın əsası məhz Gəncədə qoyulub.

Elton Cabbarlı