• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2635
— 25.04.2016 16:48

Gəncənin içməli su və kanalizasiya şəbəkəsi yenidən qurulacaq

Almaniyalı nümayəndələr Federal Hökuməti tərəfindən maliyyələşdirilən, KFV və GİZ təşkilatları tərəfindən həyata keçirilən layihələrin gedişi ilə tanış olmaq üçün Gəncədədir. Almaniyanın Federal İqtisadi Əməkdaşlıq Nazirliyinin Azərbaycan ilə ikitərəfli əlaqələr üçün cavabdeh olan şöbə müdiri Yohannes Dopffelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin görüşündə Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində Gəncənin içməli su və kanalizasiya şəbəkəsinin yenidən qurulması müzakirə mövzüsu olub. Danışıqlar zamanı layihənin tez bir zamanda müvəffəqiyyətlə yekunlaşmasının zəruriliyi vurğulanıb.

Vüsalə Camal