• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2570
— 25.04.2016 15:29

13 yaşlı qızın maraqlı əl işləri...

"Şokolad saat", "uçan fincan", milli geyimli gəlincik və digər maraqlı əl işləri... Bunlar 13 yaşlı qızın əl əməyinin bəhrəsidir. Ağstafada yaşayan Fəridə Məmmədova 3 ildir ki, diqqətçəkən suvenirlər hazırlayır. Anasından öyrəndiyi sənəti Ağstafa Yaradıcılıq Mərkəzində davam etdirir. Hazırladıqları əl işlərini rayonda keçirilən sərgilərdə nümayiş etdirdiyini deyən Fəridə Məmmədova, böyüyüb rəssam-dizayner olmaq fikirindədir. Qeyri-adi əl işləri ilə insanlarda maraq yaradan Ağstafa sakini onları satmaq fikrində olmadığını deyir.

Rahim İbrahimoğlu